Bütün Xidmətlər
ESTETİK CƏRRAHİYYƏ

Revizyon rinoplastika

Təkrar Burun Əməliyyatı və Korreksiyası

Daha əvvəlki əməliyyatların fəsadlarının aradan qaldırılması.

Revizyon rinoplastika
Qısa Məlumat
Əməliyyat Müddəti
2 – 4 saat
Anesteziya
Ümumi
Bərpa Dövrü
7 – 10 gün

Revizion rinoplastika daha əvvəl burun əməliyyatı keçirmiş pasiyentlərdə estetik və ya funksional problemlərin korreksiyası üçün həyata keçirilən təkrar burun əməliyyatıdır.

Əvvəlki əməliyyatdan sonra burun formasında asimmetriya, deformasiya, struktur zəifliyi və ya nəfəsalma problemi yaranıbsa, revizion rinoplastika nəzərdən keçirilə bilər.

Revizion rinoplastika nə zaman lazımdır?

Bu əməliyyat əsasən aşağıdakı hallarda tətbiq olunur:

  • Əvvəlki əməliyyatdan sonra estetik nəticədən narazılıq
  • Burunda asimmetriya və forma pozuntuları
  • Burun ucunda deformasiya
  • Burun körpüsündə qeyri-bərabərlik və ya çökmə
  • Əməliyyatdan sonra yaranan nəfəsalma çətinliyi
  • Travma nəticəsində əvvəlki nəticənin pozulması

Revizion rinoplastika necə aparılır?

Təkrar əməliyyat ilkin rinoplastikadan daha mürəkkəb ola bilər. Çünki əvvəlki müdaxilə nəticəsində burunun anatomik quruluşu dəyişmiş və çapıq toxuması formalaşmış ola bilər.

Əməliyyatdan əvvəl burunun mövcud vəziyyəti, əvvəlki əməliyyatın nəticələri və pasiyentin gözləntiləri ətraflı qiymətləndirilir. Lazım olduqda burun strukturunu bərpa etmək üçün əlavə qığırdaq toxumasından istifadə edilə bilər.

Bərpa dövrü

Bərpa müddəti əməliyyatın həcminə və həyata keçirilən korreksiyalara görə dəyişir. İlk dövrdə şişkinlik və ödem müşahidə oluna bilər. Burunun yeni formasının tam oturuşması isə daha uzun müddət tələb edə bilər.

Məqsəd mümkün olduğu qədər təbii görünüşlü, üz cizgiləri ilə harmonik və funksional nəticə əldə etməkdir.

Məlumatı Paylaşın:

Sizə necə kömək edə bilərik? 😊

Rinoplastika və digər xidmətlərimiz barədə suallarınızı bizə ünvanlaya bilərsiniz.

Dr. Mədinə Bağırova
Dr. Mədinə Bağırova

Onlayn (Kömək etməyə hazırıq)

Salam! Sizə necə kömək edə bilərik?

12:00