Dr. Mədinə Bağırova
Otorinolarinqoloq & Rinoplastika Uzmanı
Mənim üçün hər bir əməliyyat sadəcə tibbi prosedur deyil, həm də pasiyentimin həyat keyfiyyətini və özgüvənini bərpa etmək üçün bir sənət əsəridir.
Mənim Hekayəm
Dr. Mədinə Bağırova
Qulaq-Burun-Boğaz (LOR) həkimi, rinoplastika üzrə mütəxəssis
Dr. Mədinə Bağırova 14 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
1994-cü ildə 135 saylı məktəbin 1-ci sinfinə daxil olub. 1998-ci ildən etibarən təhsilini 83 saylı məktəbin 5-ci sinfində davam etdirib. 2003-cü ildən təhsilini 246 saylı məktəbdə davam etdirib və 2005-ci ildə həmin məktəbi bitirib.
2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub və 2011-ci ildə ali tibb təhsilini başa vurub.
2012-ci ildə Azərbaycan Tibb Universitetinin Qulaq-Burun-Boğaz kafedrasında rezidentura təhsilinə başlayaraq LOR-otorinolarinqoloq ixtisası üzrə peşəkar fəaliyyətinə başlayıb.
Peşəkar bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirən Dr. Mədinə Bağırova 2016-cı ildə Türkiyənin Ege Universitetində ixtisası üzrə təcrübə keçib.
Rinoplastika və burun cərrahiyyəsi sahəsində beynəlxalq təcrübə və müasir yanaşmaları yaxından izləyən Dr. Mədinə Bağırova ixtisas üzrə keçirilən beynəlxalq və yerli elmi tədbirlərdə mütəmadi iştirak edir.
5–7 may 2023-cü il tarixlərində Türkiyədə keçirilən “All in One Rhinoplasty” adlı konqresdə iştirak edib.
2024-cü ildə Azərbaycanda təşkil olunmuş “Rhinoplasty Masterclass” konqresində iştirak edib.
2024-cü ilin may ayında Türkiyədə keçirilən “Structure 8 Preservation Rhinoplasty” konqresində iştirak edib.
2024-cü ilin oktyabr ayında Bakıda keçirilən “Baku Rhinoplasty Days 2” konqresində iştirak edib.
Peşəkar fəaliyyət istiqamətləri
- Rinoplastika
- Revizyon rinoplastika
- Septoplastika
- Otoplastika
- Blefaroplastika
- Tonzillektomiya
- Adenoidektomiya
Dr. Mədinə Bağırova müasir tibbi yanaşmaları və müasir cərrahi metodları tətbiq etməklə hər bir pasiyent üçün fərdi yanaşmanı əsas prinsip kimi qəbul edir. Peşəkar fəaliyyətində pasiyentin ehtiyaclarını, anatomik xüsusiyyətlərini və gözləntilərini nəzərə alaraq uyğun müalicə və cərrahi yanaşmanın seçilməsinə xüsusi diqqət yetirir.
Dr. Mədinə Bağırova
Təhsil və Təcrübə
Peşəkar inkişaf yolum
Azərbaycan Tibb Universiteti
Müalicə işi fakültəsində ali tibb təhsili.
2005 - 2011
2012 - 2017
Rezidentura Təhsili
ATU Qulaq-Burun-Boğaz kafedrasında LOR-otorinolarinqoloq ixtisası üzrə rezidentura təhsili.
Ege Universiteti Təcrübəsi
Türkiyənin Ege Universitetində LOR və burun cərrahiyyəsi üzrə peşəkar təcrübə proqramı.
2016
2023
All in One Rhinoplasty Konqresi
5–7 may tarixlərində Türkiyədə keçirilən beynəlxalq rinoplastika konqresində iştirak.
Rhinoplasty Masterclass
Azərbaycanda təşkil olunmuş beynəlxalq səviyyəli konqresdə iştirak.
2024
2024 (May)
Structure 8 Preservation Rhinoplasty
Türkiyədə keçirilən beynəlxalq qoruyucu rinoplastika konqresində iştirak.
Baku Rhinoplasty Days 2
Bakıda keçirilən mötəbər rinoplastika konfransında iştirak.